AZ

Bakı-Qazax yolunda 14 maşının toqquşmasının səbəbi AÇIQLANDI

 

Bakı-Qazax yolunda 14 maşının toqquşmasının 

Bakı-Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyevin verdiyi məlumatda deyilir.

O qeyd edib ki, bu gün gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun Ucar rayonun Qulabənd kəndindən keçən hissəsində güclü duman səbəbindən görünüş məsafəsinin azalması nəticəsində bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə yerinə dərhal yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, ağır xəsarət qeydə alınmayıb.

İlkin ehtimala görə qəza dumanlı yolda bir neçə nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində durması nəticəsində arxadan gələn nəqliyyat vasitələrinin vaxtında reaksiya verə bilməyərək onlara çırpılması nəticəsində baş verib.


Seçilən
34
3
news24.az

8Mənbələr