İlon Mask “Grok 3” çatbotunun sabah istifadəyə veriləcəyini açıqlayıb.
AzPost bildirir ki, Mask bu barədə Dubayda keçirilən konfransda deyib.
Mask onu “yer üzündəki ən ağıllı süni intellekt” adlandırıb. Onun sözlərinə görə, bu sistem unikal imkanlara malikdir. O, bütün mövcud modellərdən daha yaxşı düşünməyə qadirdir.