AZ

“Qarabağ”ın sabiq futbolçusu Rumıniya klubuna keçdi

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi Rumıniya çempionatında oynayacaq.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisini tərk edərək “Bandırmaspor”a keçmiş, amma orada da qala bilməyən fransız “Politexnika Yaşi” ilə anlaşıb.

Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. 28 yaşlı futbolçu 2023-2024-cü illərdə “Qarabağ”ın formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
40
2
bizim.media

3Mənbələr