Demokrat.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, imtahanın keçirilməsi üçün 2 bina, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 19 nəzarətçi və 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Nəticələr “Danışıq bloku” imtahanı keçiriləndən iki həftə sonra elan olunacaq.
Fevralın 16-da keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
10Mənbələr
-
7news.azFransada vətəndaşlıq dili imtahanı mübahisə yaratdı: Vətəndaşlar belə keçə bilmədi ( 15521239)
-
tehsil.bizDövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib ( 15511481)
-
turanpress.comDİM xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirdi ( 15505127)
-
demokrat.azDİM xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirdi ( 15504977)
-
far.azDİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib - YENİLƏNİB ( 15504911)
-
yenicag.azFəlsəfə doktoru imtahanı keçirildi ( 15504767)
-
operativmm.azDİM xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib ( 15504753)
-
metbuat.azDİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirdi ( 15504617)
-
sia.azDİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib ( 15504593)
-
azertag.azDövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib ( 15504535)