AZ

ABŞ -ın ağır bombaları İsrailə gətirlib

Bayden Administrasiyası tərəfindən gecikdirilmiş ABŞ ağır bombaları İsrailə gətirilib.

AzPost bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Gecə saatlarında Aşdod limanında çoxsaylı MK-84 sursatları daşıyan gəmi boşaldılıb.

Nazirlik bildirib ki, daha sonra bombalar yük maşınına yüklənib və İsrail hava bazalarına çatdırılıb.

İsrailin müdafiə naziri İsrael Katz sursatın gəlməsini şərh edib:

“Tramp administrasiyasının qərarı sayəsində bir gecədə İsrailə gələn döyüş sursatları Hərbi Hava Qüvvələri və İDF-yə mühüm əlavədir və İsrail ilə ABŞ arasında güclü ittifaqı daha da nümayiş etdirir”.

Nazirliyin məlumatına görə, 2023-cü ilin oktyabrında müharibə başlayandan indiyədək 678 nəqliyyat təyyarəsi və 129 gəminin göyərtəsində İsrailə 76 min tondan çox hərbi texnika çatdırılıb ki, bunların da əksəriyyəti ABŞ-dandır.

Seçilən
69
azpost.info

1Mənbələr