AZ

“Turan Tovuz” “Araz-Naxçıvan”a qarşı - Yenilənir

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 23-cü tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. 

Əvvəlcə “Turan Tovuz” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. 

Hazırda Tovuz təmsilçisi 36 xalla 4-cü, Naxçıvan klubu isə 44 xalla 2-ci pillədə qərarlaşıb. 

Cari mövsüm bu iki komandanın qarşıdurmasında “Araz-Naxçıvan”ın üstünlüyü var. Elmar Baxşıyevin komandası ilk dövrədə “Turan Tovuz”u 2:1, ikinci dövrədə isə 1:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, günün ikinci oyununda “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. 

Misli Premyer Liqası

3-cü dövrə, 23-cü tur

16 fevral 

16:00. “Turan Tovuz” - “Araz-Naxçıvan” - 0:0 (Birinci hissə)
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu

19:00. “Neftçi” - “Qarabağ”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”

17 fevral 

16:00. “Kəpəz” - “Şamaxı”

19:00. “Səbail” - “Sabah”

15 fevral 

“Sumqayıt” - “Zirə” - 0:3

Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Cesse Sekidika ("Sabah") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Seçilən
7
6
teleqraf.com

10Mənbələr