AZ

Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək

Avropa ölkələrinin dövlət və hökumət başçıları Münhen Təhlükəsizlik Konfransı başa çatdıqdan sonra Ukrayna üzrə fövqəladə sammit keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Qərb media orqanları məlumat yayıb.

Parisdə keçirilməsi planlaşdırılan qeyri-formal görüşdə məqsəd Avropanın Ukrayna üzrə vahid mövqeyinin formalaşdırılması olacaq. Bu ölkələrin dövlət və hökumət başçıları ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh danışıqlarında Avropanın iştirakını nəzərdə tutmamasından narahatdırlar.

Böyük Britaniya Baş naziri Kir Starmer sammitin əsas ideoloqudur.

Seçilən
105
50
unikal.az

10Mənbələr