AZ

Rusiya nüvə proqramı ilə bağlı İrana kömək edə bilər - AÇIQLAMA

Moskva İranın nüvə proqramı ilə bağlı məsələlərin həllində Tehrana dəstək verməyə hazırdır. 

"Unikal" xəbər verir ki, bunu Rusiya İRNA-ya müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Moskva İranla münasibətlərə böyük önəm verir və onları hərtərəfli inkişaf etdirmək, o cümlədən əsas məsələlərin, o cümlədən nüvə proqramının həllinə yardım göstərmək niyyətindədir", - diplomat qeyd edib. 

Rusiya prezidentinin mətbuat katibi həmçinin bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilməlidir: "Biz əminik ki, danışıqlar prosesinin bütün iştirakçılarının siyasi iradəsi olarsa, İranın nüvə proqramı ilə bağlı məsələ diplomatik kanallarla həll oluna bilər və həll edilməlidir". 

O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bu yaxınlarda telefon danışığı zamanı İranın nüvə proqramını müzakirə ediblər, lakin bu, əsas müzakirə mövzusu deyil.

Ağarza Elçinoğlu 

Seçilən
34
50
unikal.az

10Mənbələr