AZ

Mahir Emrelinin anası: "Təkliflər çoxdur, anlaşacağıq"

Almaniya mediasında yayılan xəbərlərə görə, Mahir Emreli oynadığı "Nürnberq" klubundan ayrıla bilər. 

Belə ki, Maqdeburq şəhərinin eyniadlı futbol klubu ilə fevralın 8-də baş tutmuş qarşılaşmadan öncə "Nürnberq"in azərbaycanlı hücumçusunun həmkarları ilə mübahisə etdiyi barədə xəbər yayımlanıb. 

Bundan sonra Mahir Emrelinin komandadan ayrılmaq qərarına gəldiyi barədə iddialar ortaya çıxıb.

Demokrat.az xəbər verior ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən Mahir Emrelinin anası və eyni zamanda meneceri Elnurə Emreli 27 yaşlı hücumçunun yeni təkliflər aldığını bildirib.

"Hazırda başqa klublardan təklif var. Mahir bu təklifləri dəyərləndirdikdən sonra yekun qərar qəbul edəcək. Ən yaxşı təklif göndərən komanda ilə razılaşacağıq".

Seçilən
23
11
demokrat.az

10Mənbələr