AZ

Fevral ayında hansı meyvələri yemək daha faydalıdır? – Siyahı


Qış mövsümünün son ayı olan fevralda orqanizmin immun sistemini gücləndirmək və vitamin çatışmazlığının qarşısını almaq üçün doğru qidalanma olduqca vacibdir.
Yeniavaz.com
xəbər verir ki, soyuq havalarda bədənimizin daha çox vitamin və minerala ehtiyacı olur. Bu dövrdə təbii vitamin mənbəyi olan mövsümi meyvələri istehlak etmək sağlamlığımız üçün faydalıdır. Fevral ayında mövsümi meyvələr yemək həm immun sisteminizi gücləndirir, həm də qışın təsirindən bədəninizin qorunmasına kömək edir. Nar, portağal, kivi, alma, armud və heyva kimi vitamin və minerallarla zəngin meyvələri gündəlik rasionunuza daxil edərək sağlamlığınızı qoruya bilərsiniz.
- Nar
Fevral ayında istehlak edilə bilən ən faydalı meyvələrdən biri nardır. Nar tərkibindəki antioksidantlar, C və K vitaminləri sayəsində immun sistemini gücləndirir və soyuqdəymə riskini azaldır. Eyni zamanda qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəliklərinin qarşısını alır.
- Portağal və mandalin
Sitrus meyvələri, xüsusilə portağal və mandalin qış aylarında ən çox tövsiyə edilən meyvələrdəndir. C vitamini ilə zəngin olan bu meyvələr bədəni infeksiyalara qarşı qoruyur və yorğunluğun qarşısını alır. Soyuqdəymə və qripə qarşı qoruyucu təsir göstərir, maddələr mübadiləsini sürətləndirir, həmçinin dəriyə parlaqlıq verir.
- Kivi
Fevralda mövsümündə olan kivi C vitamini baxımından çox zəngindir. Bir ədəd kivi gündəlik C vitamini ehtiyacını qarşılaya bilər. Həmçinin liflə zəngin olduğu üçün həzm sistemini dəstəkləyir. Kivi immuniteti gücləndirir, həzm sistemini tənzimləyir, qan təzyiqini aşağı salmağa kömək edir.
- Alma
Fevral ayında bol olan meyvələrdən biri də almadır. Almada bol miqdarda lif, C və A vitaminləri, antioksidantlar mövcuddur. Gündə bir alma yemək sağlamlıq üçün olduqca faydalıdır. Alma həzm sistemini yaxşılaşdırır, toxluq hissi yaradır, arıqlamağa kömək edir. Eyni zamanda ürək xəstəliklərinin riskini azaldır.
- Armud
Armud tərkibindəki lif, C vitamini və kalium ilə sağlamlıq üçün olduqca faydalıdır. Həzm sistemini tənzimləyir və bədəni toksinlərdən təmizləməyə kömək edir. Armud bağırsaq fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini balanslaşdırır, dəriyə nəmləndirici təsir göstərir.
- Heyva
Qış aylarında ən çox istehlak edilən meyvələrdən biri olan heyva boğaz ağrılarını yüngülləşdirir və həzmə kömək edir. Heyva mədə-bağırsaq problemlərinə qarşı faydalıdır. İltihab əleyhinə təsir göstərir, həmçinin tənəffüs yollarını qoruyur.
Fevral ayında təzə meyvələrlə yanaşı, quru meyvələr
Seçilən
114
11
yeniavaz.com

10Mənbələr