AZ

Fransa XİN: Kiyevin edəcəyi ərazi güzəştləri ilə bağlı Aİ-nin mövqeyi yoxdur

Avropa İttifaqının (Aİ) Ukraynanın münaqişənin həlli çərçivəsində etməli olduğu ərazi güzəştləri ilə bağlı dəqiq mövqeyi yoxdur.

İki sahil” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot “France Inter” radiosunun efirində bildirib.

"Bizim ərazi aspektləri ilə bağlı dəqiq mövqeyimiz yoxdur; ukraynalılar hansı kompromis etməyə hazır olduqlarına özləri qərar verməlidirlər", - nazir bildirib.

Danışıqlar prosesindən danışan Barro qeyd edib ki, Avropa bu və ya digər şəkildə müzakirələrə cəlb olunacaq. Onun fikrincə, Kiyevə təhlükəsizlik təminatını məhz Aİ verəcək.

Bundan əvvəl ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirmişdi ki, ABŞ administrasiyası Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planının hazırlanmasını bir neçə gün və ya həftə ərzində başa çatdıra bilər. Ağ Ev nümayəndəsinin vurğuladığı kimi, bu, əsasən ABŞ prezidenti Donald Trampın göstərişlərindən asılıdır. Bundan əlavə, Kelloq Aİ-nin real əsaslarla Ukrayna üzrə danışıqlarda iştirak etməyəcəyini vurğulayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
71
50
ikisahil.az

10Mənbələr