2025-ci ilin yanvar ayında əsas kapitala 787,0 milyon manat məbləğində investisiya yönəldilmişdir.
Valyuta.Az xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 % daha azdır.
Bundan əlavə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmində 40,5 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmində isə 54,8 % azalma qeydə alınmışdır.
İstifadə olunmuş investisiyanın 504,8 milyon manatı və ya 64,1 %-i məhsul istehsalı sahələrinə, 109,8 milyon manatı (14,0 %-i) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 %-ni daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 566,0 milyon manatı və ya 71,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Rəhim