ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq avropalı müttəfiqlərinə Rusiya-Ukrayna müharibəsi üzrə danışıqların taktikası barədə məlumat verib.
Bunu Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.
"Kelloq şəxsən mənə və bəzi avropalı müttəfiqlərinə ABŞ-nin danışıqlar taktikasını təqdim etdi. Onları burada açıqlamayacağam. Onlar müəyyən ümidlər doğurur. Biz onlara uğurlar arzulayırıq", - Sikorski vurğulayıb.
"Cebheinfo.az"