AZ

SON DƏQİQƏ! “Neftçi” – “Qarabağ” oyunundan öncə insident, saxlanılanlar var

Misli Premyer Liqasının 23-cü turunun bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” oyunundan öncə insident yaşanıb.

İdmanxeber.az-ın məlumatına görə, derbidən öncə “Forza Neftçi” və “İmarət” azad azarkeş qrupları arasında kütləvi dava baş verib.

Nəticədə bir neçə nəfər saxlanılıb və polis bölməsinə aparılıb.

Qeyd edək ki, “Neftçi Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Seçilən
43
idmanxeber.az

1Mənbələr