AZ

Saatlıda kanaldan 1 nəfərin meyiti çıxarılıb - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Saatlı rayonunun Şirinbəyli kəndində kanaldan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Avtosfer.az-ın xəbərinə görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
63
14
avtosfer.az

10Mənbələr