…ABŞ prezidenti Donald Trampı maraqlandıran Ukrayna mineralları arasında berilyum, qrafit, litium, manqan, titan və sirkonium var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC xəbər verir və müvafiq infoqrafika dərc edir.
Xəritəyə görə, ölkənin bütün rayonlarında belə faydalı qazıntıları çıxarmaq mümkün deyil.
Xüsusilə, onlar Donbass ərazisində cəmləşiblər.
Yuxarıda qeyd olunan minerallarla yanaşı, ABŞ titan və dəmir filizi ilə də maraqlana bilər.
Qeyd edək ki, Kiyevin ABŞ prezidenti Donald Tramp administrasiyasına Ukraynadakı mineral ehtiyatların payına dair rəsmi təklifi fevralın əvvəlində məlum olub.
Əli Babayev