“Mançester Yunayted”in futbolçusu Amad Diallo mövsümün qalan hissəsini buraxa bilər.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı cinah oyunçusu ayaq biləyindən zədə alıb. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. Diallo zədə səbəbindən mövsümün qalan hissəsini buraxa bilər. Yekun durum tibbi müayinədən sonra məlum olacaq.
Diallo bu mövsüm 36 oyunda 9 qol vurub, 7 məhsuldar ötürmə edib.