AZ

Hindistanda dini bayram zamanı fillər üç nəfəri öldürüb

Hindistanın Koyilandi şəhərində fillər festivalda çaxnaşmaya səbəb olub və 3 nəfəri öldürüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hadisə dini bayram zamanı baş verib. Atəşfəşanlıq partlamağa başlayanda fillər qorxaraq ətrafdakı hər şeyi qırmağa başlayıblar.

NDTV-nin məlumatına görə, fillər binanın divarını uçurub, nəticədə iki yaşlı qadın və bir kişi ölüb.

Daha 20 nəfər yüngül xəsarət alıb. Səlahiyyətlilər başsağlığı verib və faciənin baş vermə şəraitinin hərtərəfli araşdırılacağını bildiriblər.

Digər oxşar vəziyyət yanvarın əvvəlində baş verib. Hindistanın Kerala ştatında fillərdən biri festivala gələnlərə hücum edib.

Burada ən azı 17 nəfər xəsarət alıb, lakin ölən olmayıb. Festivalda iştirak etmək üçün beş fil “dəvət olunub” və onlar qızıl lövhələrlə bəzədilib.

Tədbirdə minlərlə insan iştirak edib. Qəfildən fillərdən biri naməlum səbəblərdən aqressivlik nümayiş etdirməyə başlayıb, sahibi heyvanı sakitləşdirməyə çalışıb, lakin bu, uğursuz alınıb.

Belə hadisələr təkcə fillərin başına gəlmir. Oktyabr ayında Çinin cənubundakı Quandun əyalətində 77 yaşlı kəndli qadın çöl donuzuna hücum edib.

Əli Babayev

Seçilən
39
sia.az

1Mənbələr