Goranboy rayonunun Qarasüleymanlı kəndində baş verən hadisənin bəzi təfərrüatı məlum olub...
Poliqon "Report"a istinadən bildirir ki, gəlininin həyətinə qumbara atan 1957-ci il təvəllüdlü Zakir Mayıl oğlu Namazovun psixoloji problemləri olub. Belə ki, o, partlayıcını səbəbsiz yerə həyətə atıb.
Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.
Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Vəfa Şükür qızı Aslanova Goranboy Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
***
Goranboyda qumbara partlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.
Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarası atıb.
Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Poliqon.info