İngiltərə Premyer Liqasında XXV turun növbəti oyunu keçirilib.
APA xəbər verir ki, çempionluq mübarizəsi aparan "Liverpul" doğma meydanda "Vulverhempton"la qarşılaşıb. Görüş ev sahibinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Liverpul"un qollarını Luis Dias və Məhəmməd Salah vurublar.
Qonaqların yeganə qoluna isə Mateus Kunya imza atıb.
"Cebheinfo.az"