Bölgələrdə tikinti materialları bazarlarında durğunluq yaşanır.
Xezerxeber.az-ın xəbərinə görə, Zaqatalada qış aylarının təsiri ilə tikinti sektorunda durğunluq yaşanır, materialların alıcılıq səviyyəsi xeyli aşağı düşüb.
Sahibkarların sözlərinə görə, hər il bu mövsümdə eyni vəziyyət yaşanır. Satıcılar qiymətlərdə nisbətən enmə olduğunu bildirirlər. 2-3 ay əvvələ nəzərən taxtanın 1 kubunda 20-30 manat, dəmir materiallarında 5-10 qəpik enmə var.
Tikinti sektorunda mövsümi ləngimə adi bir vəziyyət olsa da, sahibkarlar yaz aylarında fəaliyyətin artacağına və alıcılıq səviyyəsinin yüksələcəyinə ümid edirlər.
Bura isə Gəncədə tikinti materiallarının satış nöqtələrindən biridir. Satıcılar deyirlər ki, Gəncə ərazisində əsas tikinti materiallarının qiymətində artım var.
Satıcılar digər rayonlarda olduğu kimi, Gəncə şəhərində də tikinti materiallarının satışında durğunluq olduğunu bildiriblər. Ancaq onlar hesab edirlər ki, yaz aylarından etibarən aktivlik yenidən bərpa olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.