AZ

Qurban Qurbanov: "10 nəfərlə qazandıq, bu qələbənin başqa dəyəri var"

"Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər".

İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" (0:1) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, azlıqda qaldıqdan sonra futbolçuların xarakteri üzə çıxır: "Uduzmaq istəmirdilər. Meydandakı mübarizədən görünürdü. Sonda qalibiyyət oldu. Yaxşı, baxımlı oyun getdi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol ab-havası var idi. "Neftçi"yə uğurlar arzu edirəm".

Baş məşqçi qırmızı vərəqə alan Kevin Medina barədə də fikirlərini açıqlayıb: "Belə oyunlarda bu cür sərt hərəkətlər etmək olmaz. Sadəcə o dəqiqələrdə böyük ehtimalla əsəbiləşmişdi. "Neftçi" azarkeşləri Medinaya nalayiq ifadələr işlətmişdi. O da təsir etdi. Amma hər bir halda, futbolçulara demişəm ki, oyunlarda belə hallar çox olur. Hər insan nə edirsə, özünə edir. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Daha dəqiq, daha səlist oynamaq lazımdır. Medina öz cəzsını özü verdi. Neçə oyun buraxacaq, cəzalanacaq. 10 nəfərlə qalib gəldik. Belə qələbərin başqa dəyəri var. Futbolçuların xarakterində, oyundan qopmamasında çox köməyi olur".

İdman.biz

Seçilən
93
12
idman.biz

9Mənbələr