Bakıda ağır qəza baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər “Baku.ws”ə daxil olub.
Bildirilib ki, hadisə Mərdəkan yolunda, Buzovnaya ayrılan hissəsində baş verib.
“Hyundai” markalı, 77-FS-511 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək arakəsmədəki lövhə dirəyinə çırpılıb.
Qəza nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə məlumat verilməyib.