AZ

Mərdəkan yolunda QƏZA: 18 yaşlı sürücü HƏLAK OLDU - VİDEO

Bakıda Mərdəkan yolu istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, "Hyundai i30" markalı minik maşını yol kənarındakı dəmir maneəyə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobili idarə edən sürücü 18 yaşında olub və aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

Dərhal əraziyə polis əməkdaşları cəlb olunublar.

Həmin görüntüləri təqdim edirik:



Bizim.Media

Seçilən
71
5
bizim.media

6Mənbələr