Neftçala rayonunda qətl hadisəsi baş verib.
Heftelik.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.
Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.