1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Estoniyada qida qiymətlərinin artımı demokratiyanın mövcudluğunu təhlükə altına qoyur".
Oxu.Az Estoniya mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla ölkənin Daxili İşlər Naziri və Sosial-Demokrat Partiyasının sədri Lauri Lyaenemets Tartu şəhərində partiya şurasının iclasında çıxış edib.
O bildirib ki, ailələrin həyat səviyyəsinin aşağı düşməsi və artan bərabərsizlik yalnız Estoniyanın iqtisadiyyatı üçün əngəl deyil, həm də insanların demokratiyaya olan inamını zəiflədir.
Partiya sədri qida qiymətlərini aşağı salmaq üçün müxtəlif tədbirlərin nəzərdən keçirilməsini tələb edir. O, müxtəlif qida kateqoriyaları üçün ƏDV-nin azaldılması, istehsalçılar üçün energetik güzəştlər, qida sektoru üçün maliyyə subsidiyaları və inhisarçılıqla mübarizəni misal çəkib.
Qeyd edək ki, son üç il ərzində Estoniya mağazalarında qida qiymətləri orta hesabla 40 faiz artıb.