
Rusiya müxalifətinin lideri olmuş Aleksey Navalnının ölümünün birinci ildönümündə onun məzarını yüzlərlə insan ziyarət edib.
Reyting.az xəbər verir ki, siyasətçinin dəfn olunduğu Moskvadakı Borisov qəbiristanlığına izdiham yaşanıb.
Bildirilir ki, ABŞ-nın Rusiyadakı səfiri də Navalnının məzarını ziyarət edənlər arasında olub.


E. KAMAL