AZ

ABŞ-də güclü yağışlar azı 9 nəfərin həyatına son qoyub

ABŞ-nin Corciya və Kentukki ştatlarında yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Kentukki ştatında 8, Corciyada isə 1 nəfər təbii fəlakət nəticəsində həlak olub.

Son 24 saat ərzində təcili yardım xidmətləri 1000-dən çox insanı xilas edə bilib.

Kentukki ştatının bəzi ərazilərində suyun səviyyəsi rekord həddə çatıb və yerli hakimiyyət orqanları 300-dən çox yerdə yolları bağlamaq məcburiyyətində qalıb.

“PowerOutage” monitorinq resursuna görə, ştatda 30 minə yaxın istehlakçı işıqsız qalıb.

Seçilən
15
5
apa.az

10Mənbələr