AZ

İnnovasiya milli müdafiədə böyük rol oynayır - Hulusi Akar

Bakı, TurkicWorld

Milli müdafiədə innovasiya həlledici rol oynayır.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri və AK Partinin Kayseri millət vəkili Hulusi Akar Əbu-Dabidə keçirilən Beynəlxalq Müdafiə Sərgisi və Konfransında çıxış edərkən deyib.

Akar, texnologiyanın və yeni təşəbbüslərin milli müdafiə sahəsində oyunun qaydalarını dəyişdiyini vurğulayıb.

“NATO bu dəyişiklikləri dərk edib və onlardan faydalanmaq üçün Şimali Atlantika üzrə Müdafiə İnnovasiyasının Sürətləndirilməsi (DIANA) proqramını işə salıb. Ənənəvi müdafiə şirkətlərindən daha sürətli şəkildə innovativ və avtonom sistemlər inkişaf etdirərək, müdafiə sahəsində sürət, yenilik və çeviklik gətirirlər. Eyni zamanda, mülki texnologiyadan istifadə edərək, güclü hərbi tətbiqlər hazırlayır və daha səmərəli həllər təklif edirlər”, - deyə o qeyd edib.

Hulusi Akar həmçinin, “Müdafiə sektorunda kritik tədarük zənciri kəsintilərini necə azalda bilərik?” mövzusunda da çıxış edib.

Hulusi Akar, son dövrlərdə ABŞ, Kanada, Meksika, Çin və Avropa İttifaqı (Aİ) arasında tarif gərginliyinin kritik tədarük zəncirində gecikmələrə və dayanmalara səbəb ola biləcəyini bildirib. O qeyd edib ki, milli təhlükəsizlik baxımından müdafiə sənayesi bu həyati əhəmiyyət daşıyan tədarük zəncirlərini qorumaq üçün öncül rol oynamalıdır.

Akar çıxışında vurğulayıb ki, müasir dünyada kritik tədarük zəncirləri hər zamankindən daha həssas və müdafiəsiz vəziyyətdədir.

Akar bildirib ki, qlobal iqtisadi əlaqələrin artdığı indiki dövrdə, geosiyasi gərginliklər (xüsusilə ABŞ ilə digər ölkələr arasındakı tarif siyasətləri) və kiber hücumlar kimi amillər kritik tədarük zəncirlərinin həssaslığını artırır.

Akar bildirib ki, əsas xammal və materialların tədarükü üçün tək mənbəyə güvənmək risklidir və bunun əvəzinə yerli istehsala investisiya qoyulmalı və ittifaqlar gücləndirilməlidir.

Seçilən
44
turkic.world

1Mənbələr