AZ

Rüstəm Rüstəmov: "Bu gün şərəf hissi ilə Cəbrayılımıza qovuşuruq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün çox sevincliyik, Rüstəmovlar ailəsi olaraq doğma yurdumuza qayıdırıq".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Rüstəm Oruc oğlu Rüstəmov deyib.
O bildirib ki, illərdir, məhz bu günün həsrəti ilə yaşayıb:
"Rüstəmovlar ailəsi olaraq yurdumuza qayıdırıq. Çox çətin günlər yaşamışıq, itkilər vermişik. Azad edilən hər qarış torpağımıza şəhidlərimizin qanı axıb. Bu torpaqlar bizim üçün müqəddəsdir. Bu gün şərəf hissi ilə Cəbrayılımıza qovuşuruq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 42 ailə (205 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
Seçilən
106
50
oxu.az

10Mənbələr