Finss.az - 2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 245,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə XQ-yə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar ayında yeyinti məhsullarının ixracı 19,7 faiz artaraq 84,2 milyon dollara bərabər olub. Hesabat dövründə aqrar və aqrar-sənaye mallarının ixrac dəyəri müvafiq olaraq 10,4 faiz artaraq 64,8 milyon dollar və 44,3 faiz artaraq 22,2 milyon dollara çatıb. Bütövlükdə isə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5 faiz çoxalaraq 87,1 milyon dollar təşkil edib.
Bu ilin birinci ayında qara metallar və ondan hazırlanan məmulatların ixracı 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixracı 34,9 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 39,2 faiz, üzvi kimyəvi birləşmələrin ixracı isə 52,4 faiz artıb.