Bu gün Misli Premyer Liqasında 23-cü tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
Autsayder "Səbail" öz meydanında 5-ci pillədəki "Sabah"la qarşılaşacaq.
Komandalar arasında ilk iki dövrədə keçirilən oyunlarda "Sabah" (4:2, 1:0) qalib gəlib.
17 fevral
Misli Premyer Liqası
3-cü dövrə, 23-cü tur
16:00.“Kəpəz” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu
19:00.“Səbail”– “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
“ASCO Arena”
15 fevral
“Sumqayıt” - “Zirə” - 0:3
16 fevral
“Neftçi” - “Qarabağ” - 0:1
“Turan Tovuz” - “Araz-Naxçıvan” - 1:0
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Felipe Santos ("Araz Naxçıvan") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Cesse Sekidika ("Sabah") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol