AZ

Millimiz “İnkişaf”da Rusiya ilə üz-üzə gəldi - FOTOLAR

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-17 Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Rusiya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17 turnir çərçivəsində fevralın 17-də, Bakı vaxtı ilə saat 12:00-da İran yığması ilə, fevralın 19-da isə saat 14:20-də Qazaxıstan kollektivi ilə üz-üzə gələcək.

Seçilən
83
5
sportinfo.az

5Mənbələr