AZ

Xəzərin suyu niyə qırmızı rəngə boyanıb? - Açıqlama

Xəzərin

Xəzər dənizinin Qazaxıstan sahillərində suyun qırmızı rəngə boyanması yerli sakinlərin diqqətini çəkib.

Məlumata görə, məsələ ilə bağlı ölkənin Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlayıblar.

Analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməyib.

Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin sözlərinə görə, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır:

“Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”(qafqazinfo).
Seçilən
11
26
reyting.az

10Mənbələr