AZ

HƏMAS Qəzzaya nəzarəti Fələstinə verəcək - KİV

Ajans.azxəbər verir ki,  bu barədə "Sky News Arabia" nəşri yazıb. 

Telekanalın məlumatına görə, HƏMAS Fələstin Azadlıq Təşkilatına ünvanladığı məktubda Qəzzaya nəzarəti Fələstin Muxtariyyətinə və hökumət komissiyasına verməyə hazır olduğunu bildirib.

Məqalədə deyilir ki, HƏMAS hakimiyyətin ötürülməsi üçün yeni administrasiyada işçilərin iş yerlərinin saxlanması və ya zəmanətli maaş ödənişləri ilə təqaüdə göndərilməsini əhatə edən şərtlər qoyub.

Telekanal əlavə edib ki, HƏMAS rəhbərliyi Qahirədə keçirilən son danışıqlar zamanı Misirin güclü təzyiqindən sonra hakimiyyəti təhvil vermək qərarına gəlib.

Seçilən
17
1
Ajans.az

2Mənbələr