Bu il yanvarın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı kredit portfeli 1,052 milyard avro təşkil edib. SİA EBRD-yə istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 2,1 % və yaxud 22 milyon avro çoxdur.
Həmin tarixə portfel 1,03 milyard avro məbləğində qiymətləndirilib və 32 layihəni əhatə edib. Bu ilin əvvəlinə isə layihələrin sayı 33 olub.
EBRD-nin məlumatına əsasən, portfelin əsas hissəsi – 92 %-i (964 milyon avro) dayanıqlı infrastrukturun inkişafına, 5 %-i (54 milyon avro) korporativ sektora, 3 %-i (34 milyon avro) isə maliyyə institutlarına yönəldilib.
Ümumilikdə EBRD Azərbaycana 195 layihə çərçivəsində 4,04 milyard avrodan çox investisiya yatırıb.
2024-cü il dekabrın 31-nə bankın ölkədəki əməliyyat aktivlərinin məbləği ötən il 31 oktyabr tarixinə olan göstərici ilə müqayisədə 13,2 % (88 milyon avro) artaraq 754 milyon avro təşkil edib.