AZ

Avropa Ukraynanın tərksilah edilməsinə imkan verməyəcək - Şolts

Almaniya kansleri Olaf Şolts Ukraynada müharibəyə son qoymaq üçün birtərəfli ABŞ-Rusiya razılaşmalarının mümkünlüyünü istisna edir. O, bunu bazar günü, fevralın 16-da RTL/ntv telekanalına müsahibəsində deyib. 

Siyasətçi bildirib ki, Avropa qitənin təhlükəsizliyi məsələsində səsvermə hüququna malik olduğundan bu cür danışıqlara icazə verməyəcək. O vurğulayıb ki, avropalılar olmadan heç bir təhlükəsizlik zəmanəti ola bilməz.

"Biz avropalılar olaraq buna icazə verməyəcəyik. Həmçinin heç kimin Ukraynanın silahsızlaşdırılması ilə razılaşmasına imkan verməyəcəyik", - Almaniya hökumətinin başçısı bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası ABŞ, Ukrayna və Rusiyanın iştirakı ilə Ukraynada müharibəyə son qoymaq üçün sülh danışıqları aparmaq niyyətini açıqlayıb.

Bundan əvvəl mətbuatda ABŞ və Rusiya nümayəndə heyətləri arasında fevralın 18-də görüş nəzərdə tutulduğu barədə məlumatlar yayılmışdı. Görüşün Səudiyyə Ərəbistanında baş tutacağı iddia olunur.

Mətbuat onu da yazıb ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Pasxa bayramına qədər - yəni aprelin 20-dək Ukraynada atəşkəsə nail olmaq istəyir.

S.ELAY

XQ

Seçilən
33
39
xalqqazeti.az

10Mənbələr