Bakı. Trend:
Fevralın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 93, əvvəlkidövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 51, ocümlədən, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraqaidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.