AZ

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb

Həftəsonu ökə ərazisində qeydə alınan 93 cinayət açılıb.

Fevralın 15-də və 16-da ölkə ərazisində qeydə alınan 93, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.

Seçilən
117
49
operativmedia.az

9Mənbələr