AZ

Rövşən Rzayev Sabunçu sakinləri ilə məhkəmə çəkişməsində

“Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı Sabunçu rayonunda onlarla sakini məhkəmə qapılarında qoyub.

Tribunainfo.az xəbər verir ki, Rövşən Rzayevin rəhbərlik etdiyi “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı Sabunçu rayonunda 9 nəfərə qarşı iddia qaldırıb. Şirkət Sabunçu rayonunda sakinlərin tikdiyi evləri “qanunsuz tikili” adı ilə sökür və bunun üçün məhkəməyə də müraciət edib. Şirkət hazırda 9 sakinin əmlakının sökülməsi ilə bağlı iş qaldırıb. Cavabdehlər arasında Məmmədov Murad, Məmmədova Aliyə, Əkbərova Gülbikə, Sadıxov Emin, Əliyev Emil, Cəfərov Tural, Ağayev Çinarə adlı şəxslər də var. Bu şəxslərlə bağlı başladılan işlərə Sabunçu rayon Məhkəməsində müxtəlif tarixlərdə baxılacaq.

Hər bir işin mahiyyəti qanunsuz tikilinin sökülməsidir.

Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Balakhani Operating Company LTD”nin qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.
Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

Gülşən

Seçilən
11
1
tribunainfo.az

9Mənbələr