AZ

2024-cü ildə Azərbaycanda zorakılığa məruz qalan qadın və kişilərin sayı açıqlandı

2024-cü
2024-cü il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub, 108 mühafizə orderi verilib. 1news.az xəbər verir ki, bu məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.
Hesabata əsasən, daxil olan müraciətlərdə fiziki zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib və şikayət edənlər zorakılığın bir neçə növünə məruz qalıb. Qeyd edilib ki, müraciət edənlərin əksəriyyəti əri (230), yaxın qohumu (211) və keçmiş əri (113) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 555 nəfəri kişi, 252 nəfəri qadındır. Zorakılığa məruz qalanların 534-ü qadın, 52-si kişidir.

Seçilən
22
2
1news.az

3Mənbələr