X sosial şəbəkəsinin (keçmiş Twitter) və xAI şirkətinin rəhbəri İlon Mask yeni chatbot Grok 3-ün istifadəyə verildiyini elan edib. Busaat.az xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.
Maskın sözlərinə görə, “Yer kürəsinin ən ağıllı süni intellektinin” nümayişi fevralın 18-də Sakit okean vaxtı ilə saat 20:00-da (İrəvan vaxtı ilə 8:00) baş tutacaq.
Milyarder iddia edir ki, Grok 3 dərin analiz edə bilən son dərəcə güclü süni intellektdir.