AZ

İtaliyanın Luiss Universitetinin nümayəndə heyəti ADA Universitetində görüşlər keçirir: Əməkdaşlıq genişləndirilir (VİDEO)

Bakı. Trend:

İtaliyanın "Luiss Guido Carli" Universitetinin nümayəndə heyətiİtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində əməkdaşlığımöhkəmləndirmək üçün ölkəmizə səfər ediblər. ADA Universitetindəmüzakirələr aparan heyət təhsil proqramların genişləndirilməsi,tələbələr üçün yeni imkanların araşdırılması və institusionaləlaqələrin dərinləşdirilməsi məsələlərinə toxunacaqlar.

Trend xəbərverir ki, görüşlər hər iki universitetin akademik və idarəetməkomandasının üzvlərinin, İtaliya-Azərbaycan Universitetitəşəbbüsünü həyata keçirən ekspertlərin iştirakı ilə baştutacaq.

Görüşlərdə ADA Universitetinin Hüquq fakültəsi ilə birgə həyatakeçiriləcək “3+2” hüquq proqramının təqdim edilməsi ilə bağlı ilkinmüzakirələr aparılacaq. Proqram çərçivəsində tələbələr üç ilBakıda, iki il isə Romada təhsil alacaq və beynəlxalq perspektivəəsaslanan hüquq təhsili əldə edəcəklər. Beşillik təhsil müddətininsonunda məzunlar hər iki universitetin təhsilinəyiyələnəcəklər.

Bundan əlavə, beynəlxalq münasibətlər üzrə ikili diplomproqramının da irəli sürülməsi müzakirə olunacaq. Bu proqram ADAUniversitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistrproqramının və Luiss-in Beynəlxalq Münasibətlər ixtisasınınbirləşməsindən yaranacaq. Yüksək akademik göstəricilərə maliktələbələr üçün nəzərdə tutulan bu seçim əsaslı proqram onlarındiplomatiya və beynəlxalq tədqiqatlar sahəsində biliklərinidərinləşdirəcək və qlobal karyera imkanlarını artıracaq.

Akademik müzakirələrdən əlavə, Luiss nümayəndə heyətiAzərbaycanın hökumət rəsmiləri ilə də görüşlər keçirəcək.Görüşlərin əsas mövzularından biri “Made in Azerbaijan” brendinqtəşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi olacaq. Bumüzakirələr təhsil vasitəsilə iqtisadi və biznes əlaqələrininmöhkəmləndirilməsinə yönəlib.

Bu səfər ADA və Luiss universitetləri arasında artıq qurulmuşuğurlu əməkdaşlığın davamıdır. Belə ki, hər iki universitetin birgətəqdim etdiyi magistr proqramına artıq iki tələbə qrupu qəbuledilib. Gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək üçüntərəflər müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərinpeşəkar bacarıqlarını artıracaq ixtisasartırma proqramları təklifetməyi planlaşdırırlar.

Qeyd edək ki, bu tərəfdaşlıq iki ölkə arasında akademik vəstrateji əlaqələrin daha da güclənməsinə töhfə vermək məqsədidaşıyır.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr