AZ

Azərbaycanda ötən il 58 kişi gender zorakılığına məruz qalıb

Azərbaycanda 2024-cü il ərzində 58 kişi gender əsaslı zorakılığın qurbanı olub.

Bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatında yer alıb.

Hesabata görə, gender zorakılığı əsasən psixoloji, fiziki və iqtisadi təzyiqlərlə müşayiət olunub. Komitə zorakılıqla bağlı müraciətlərin hərtərəfli araşdırıldığını və bu kimi halların qarşısını almaq üçün tədbirlərin gücləndirildiyini bildirib.

Xatırladaq ki, gender əsaslı zorakılıq təkcə qadınları deyil, kişiləri də əhatə edən ciddi sosial problemdir. Bu cür halların qarşısının alınması üçün hüquqi və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi vacib hesab edilir.

"Cebheinfo.az"

Seçilən
29
cebheinfo.az

1Mənbələr