Məşhur kolumbiyalı müğənni Şakira xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Təəssüf ki, qarın nahiyəmdəki problemə görə dünən gecə təcili yardıma getməli oldum və hazırda xəstəxanadayam. Həkimlər dedilər ki, bu axşam səhnəyə çıxacaq qədər yaxşı deyiləm, buna görə də çox kədərlənirəm. Peruda pərəstişkarlarımla yenidən görüşməyi səbirsizliklə gözləyirdim. Ümid edirəm ki, sabah daha yaxşı olub tez bir zamanda xəstəxanadan çıxacağam və sizin üçün hazırladığım şounu təqdim edəcəyəm”, - Şakira qeyd edib.
48 yaşlı müğəninin Peruda fevralın 16-na planlaşdırılan konserti ləğv edilib.