"Milan" klubu əsas qapıçısı Mayk Menyanla yeni müqavilə barədə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, müqavilənin müddəti 2029-cu ilə qədər olacaq.
Fransalı qolkiper 2024/25 mövsümündə bütün yarışlarda 36 oyun keçirib və bu matçlarda 39 qol buraxıb, 11 görüşdə qapısını təmiz saxlayıb.
Qeyd edək ki, bundan əvvəl Donnarummanın mümkün gedişi fonunda PSJ-nin Menyanla bağlı "Milan"a transfer təklifi edəcəyi bildirilirdi.
Mirağa