Ötən il 149 nəfər münasibətdə olduğu şəxsin zorakılığına məruz qalıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, 2024-cü il ərzində ümumilikdə "860" gender əsaslı zorakılıqla bağlı dəstək xəttinə 330 müraciət daxil olub. Müraciətlərin 289-u psixoloji, 163-ü fiziki zorakılıqla bağlı olub.