AZ

“Ukraynaya da İsrail kimi təhlükəsizlik zəmanəti verilməlidir” - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyevə çoxlu sayda raket, Avropa İttifaqına (Aİ) üzvlük, böyük ordu və müttəfiqlərindən İsrail kimi təhlükəsizlik zəmanəti lazımdır.

Herbiand.az bildirir ki, o, bu barədə NBC News telekanalına müsahibəsində bildirib.

“Qabaqlayıcı addım olaraq böyük bir raket paketi, hansı ki, heç bir işğaldan əvvəl istifadə etməyəcəyik. Amma bunu etsələr, biz bunu tez edəcəyik. Onlar bizim ərazimizə yerləşdiriləcək”, - Zelenski qeyd edib.

O, əlavə edib ki, Ukrayna Avropa bazarına görə Aİ-yə üzvlükdə maraqlıdır: “Assosiasiyaya üzvlük ölkə üçün iqtisadi təminat rolunu oynayacaq”.

Ukrayna prezidenti xatırladıb ki, İsrail NATO üzvü deyil, lakin ABŞ, Fransa, Böyük Britaniya və digər müttəfiqlərdən müdafiə alır: “Bu o deməkdir ki, onların müəyyən təhlükəsizlik zəmanətləri var. Düşünürəm ki, bizim də bunlara həqiqətən ehtiyacımız var”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
7
1
herbiand.az

2Mənbələr