AZ

"Şahidlər danışır" kitabı özbək dilində nəşr edildi

Xocalı: "Şahidlər danışır" kitabı özbək dilində nəşr edildi
 
Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində "Xocalı: Şahidlər danışır" kitabı özbək dilində dərc edilib. 
 
Kitabın müəllifi yazıçı-publisist, tarix elmləri üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü İradə Əlilidir. 
İ.Əlili bildirib ki, kitab Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilinə tərcümə olunub: "Xocalı soyqırımı bəşəriyyətin ən ağır vəhşətidir. Kitabda 1992-ci il 26 fevral  o qanlı gecənin şahidlərinin xatirələri və xocalı gənclərinin fikirləri yer alıb.     Dünyaya həqiqətlərimizi  tanıtmaq, haqlı olduğumuzu  göstərmək, doğru olanı söyləməliyik. 
Bu kitab artıq 13-cü (Azərbaycan, rus, ingilis, türk, alman, ispan, italyan, fransız, ərəb, fin, holland, urdu, özbək) dildir ki, tərcümə edilərək nəşr edilib".
 
Qeyd edək ki, kitabın öz sözünü keçmiş ombudsman,  professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist, prezident təqaüdçüsü Azadə Novruzovadır. Kitabın yaxın günlərdə təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.
Seçilən
55
5
moderator.az

6Mənbələr