Azərbaycanda polkovnik-leytenant vəfat edib.
Day.Az konkret.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon şöbəsinin sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Məmmədəli oğlu Şiriyev 74 yaşında vəfat edib.